“Gənclər arasında etiket və protokol qaydalarının təbliği” LAYİHƏ

Bakı şəhəri Nizami rayonu 32 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi olmuş “Gənclər arasında etiket və protokol qaydalarının təbliği” layihəsinin açılış tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən layihə rəhbəri İlkin Bayram Mərdanov layihə haqqında və layihədə görüləcək işlər barədə geniş məlumat vermişdir.

Sonra çıxış edən layihənin moderatoru Səxavət Hidayətoğlu gəncləri maraqlandıran suallara geniş cavablar vermiş və tədbir diskussiya şəklində davam etmişdir.

Daha sonra isə gənclər protokol qaydaları ilə bağlı siyasilər haqqında qısa video rolikləri izləmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə