“Odlar Yurdu Azərbaycan” layihəsinin açılışı olub

Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 141 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 10cu qrant müsabiqəsinin qalibi olmuş “Odlar Yurdu Azərbaycan” layihəsinin açılış tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən layihə rəhbəri İlkin Umudəliyev layihə haqqında və layihədə görüləcək işlər barədə məlumat vermişdir.

Daha sonra çıxış edən layihənin moderatoru Fidan Yusifli gənclərə odlar yurdu olan Azərbaycanın mədəni tarixi haqqında və Azərbaycan Respublikasının prezidentinin bununla bağlı sərəncamları barədə geniş məlumat vermişdir.

Gənclər onları maraqlandıran suallarına cavab tapmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə