Bibiheybətdə Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib

Qədim tarixə malik Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən 50 №-li orta məktəbdə məktəbin pedaqoji kollektivinin təşkilatçılığı ilə xalq şairi, dramaturq, "Şərəf" ordenli, Heydər Əliyev mükafatı laureatı, prezident təqaüdçüsü, Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri Nəriman Həsənzadənin yaradıcılığına həsr olunmuş “Bu torpaqda bitəcəyəm mən xarı bülbül yerinə” adlı ədii gecə-görüş keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyərinin, YAP Səbail Rayon təşkilatının, rayonun pedaqoji kollektivlərinin, qəsəbə ictimaiyyətinin nümayəndələri və şagirdlərin iştirakı ilə keçirilən tədbir-görüşü açıq elan edən 50 №-li orta məktəbin direktoru Sədaqət Həsənova iştirakçıları salamladı və xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığı barədə məlumat verdi. Məktəb şagirdlərinin ifasında şairin şerləri, onun şözlərinə yazılmış mahnılar səsləndi, bədii kompozisiya nümayiş etdirildi. Şagirdlər şairə suallar verdilər.

Sonra Nəriman Həsənzadə gənclik, tələbəlik, yetkinlik illəri barədə xatirələrindən, həyat yolundan, Ulu öndər Heydər Əliyevlə görüşlərindən danışdı, şerlərini oxudu.

Nəriman Həsənzadəyə məktəblikərin hazırladıqları hədiyyələr təqdim olundu və xatirə şəkili çəkildi.

Bütün xəbərlər Facebook səhifəmizdə