Alpinistlərin axtarışları ilə bağlı Qərargah yaradılıb

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış “Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, axtarışlara nazirliyin Aviasiya dəstəsinin “Mi-17” helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədilə sabah əlavə qüvvələrin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə