“Le Monde”: Azərbaycan - odlar yurdunun kəşfi

Fransanın nüfuzlu “Le Monde” jurnalının bloqunda “Azərbaycan - odlar yurdunun kəşfi” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Şərq ilə Qərb arasında yerləşən Azərbaycanın tarixindən, ölkəmizin 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsindən və burada müxtəlif dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşamasından bəhs olunur. XX əsrin böyük şəxsiyyəti Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə sabitliyin bərpa edildiyi diqqətə çatdırılıb. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunularaq, ölkəmizin Avropa enerji təhlükəsizliyində rolundan söz açılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan müəllif qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib, bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın torpağı olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan öz ərazilərini hərbi yolla azad etməyə qadir olmasına baxmayaraq, sülh yolu ilə həllə üstünlük verir.

Bütün xəbərlər Facebook səhifəmizdə