Əlyazmalar İnstitutu Tehrandan yeni toplu əldə edib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Osmanlı şairlərinin şeirlərindən ibarət bir əlyazma məcmuəsinin surətini əldə edib. İnstitutdan SİA-ya verilən xəbərə görə, 133 səhifədən ibarət bu topluda əsasən XVI-XVII əsrlərdə yaşamış Osmanlı şairləri Xəyali, Baqi, Növi, Nicati, Şeyxülislam Yəhya, Nəfʼi, Haləti, Nami, Zati, Fəğani, Xudayi, Heyrəti, Ruhi və başqaları ilə bərabər, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də əsərləri, qəzəllərinə yazılmış, nəzirə və təxmislər mühüm yer tutur.

Məcmuə Füzuli yaradıcılığının Osmanlı ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir etdiyini bir daha sübut etməkdədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...