Bu yolda hərəkət məhdudlaşdırılacaq DİQQƏT

Paytaxt Bakıda aparılacaq rənglənmə işləri ilə əlaqədar olaraq bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov pr-ti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə SİA-ya “Azəravtoyol” ASC-nin mətbuat katibliyinin rəisi Anar Nəcəfli məlumat verib.

Sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə