Qurultay iştirakçıları Fəxri Xiyabanda oldular

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin I Qurultayının iştirakçıları Fəxri Xiyabanda olublar. SİA-nın xəbərinə görə, AMEA-prezidenti Akif Əlizadə, Təhsil nazirinin müavini Ceyhun Bayramov və digər iştirakçılar Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Daha sonra qurultay iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə