Yaşıllaşdırma aksiyasında Tərtərdə 4 min ağac əkilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının üzvləri partiyanın yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyasında fəal iştirak edirlər. Bu gün keçirilən aksiyada rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan YAP rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri tərəfindən 4 min ağac əkilib.

Rayonun Buruc–Gülabatlı kəndləri ərazisində yerləşən meşə zolağının 3 hektar sahəsində əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə