Siyəzəndə “700 min ağac əkək” kampaniyasına start verilib

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyasına start verib. “Hərəyə bir ağac əkək” kampaniyası Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Siyəzən rayonunda da yüksək əhval-ruhiyyə ilə həyata keçirilir. Aksiyaya fəal qoşulan rayon təşkilatının üzvləri, rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin kollektivi ilə birlikdə meşə zolağında 850 ağac əkiblər.

Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatı ağacəkmə kampaniyası dövründə tədbirlər planına müvafiq olaraq, mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə