"Turizm haqqında” qanuna dəyişiklik edilir

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala bilməsi ilə bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Qanuna dəyişiklik redaktə xarakterlidir.

Qeyd edək ki, bu il avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə