Ankarada Heydər Əliyevin türk dünyasındakı tarixi missiyasından danışılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar ölkəmizin Ankaradakı səfirliyinin və İhsan Doğramacı Bilkent Universitetinin (İDBU) birgə təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar, səfirliyin müşaviri Ramil Qurbanov və İDBU-nun rektorunun müavini Kürşat Aydoğan Ulu Öndərin zəngin mənalı həyat və siyasi fəaliyyətindən, türk dünyası qarşısında tarixi missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı naminə həyata keçirdiyi fəaliyyətdən danışıblar. Vurğulanıb ki, Heydər Əliyev şəxsiyyətinin ucalığı bütün türkdilli xalqlar üçün qürur mənbəyidir.

Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi keçirilib.

İştirakçılara Ümummilli Liderin həyat və fəaliyyəti barədə türk dilində nəşr olunan kitablar hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə