Zaqatalada Ümummilli Liderin anım mərasimi keçirilir

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonundakı Heydər Əliyevin adını daşıyan parkda xalq izdihamı səhər tezdəndən hiss olunmaqdadır. Rayon rəhbərliyi, ziyalılar, bir çox dövlət qurumlarının işçiləri, rayon ictimaiyyəti və sadə, yerli əhali Ümummilli liderimizin Zaqatalada yerləşən möhtəşəm abidəsi önünə yığışıblar. Ulu Öndərin anım mərasimi günün ikinci yarısınadək davam edəcəyi gözlənilir.

Əlmaniz Ələkbərli,

SİA-nın Şimal-Qərb bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə