DİN Veteranlar Şurasının üzvləri Ümummilli liderin məzarını ziyarət ediblər FOTO

DİN Veteranlar Şurasının üzvləri dekabrın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. DİN-dən SİA-ya verilən məlumata görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.

Ziyarətdən sonra Polis Veteranları Ulu öndərin xatirəsini yad edən şagirdlərlə də görüşüblər. Onlara Ulu öndərimizin Azərbaycan gəncliyinə olan inam və etimadını çatdırıb, tövsiyələrini xatırladıblar.

Ölkəmizin gələcəyinin layiqli qurucuları olmaq üçün sağlam, bilikli, mədəni gənclərimizin üzərinə böyük vəzifələr düşdüyünü deyib, onlara layiqli vətəndaş olmalarını arzu ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə