"Breakthrough Prize”-in laureatlarının adları açıqlanıb

Rusiyalı milyarder, İnternet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən “Breakthrough Prize”-in laureatlarının adları açıqlanıb. SİA-nın xəbərinə görə, hüceyrə biologiyası, bitkilər fiziologiyası, neyrodeqenerativ xəstəliklər, riyaziyyat və kosmologiya sahəsində çalışan tədqiqatçılar bu nüfuzlu elmi mükafatın qalibləri seçiliblər.

Müsabiqənin mükafat fondu üç milyon dollar təşkil edib.

San-Diyeqo Solka İnstitutunun bioloqu Joanne Chory bitkilərin kölgədə böyüməsini idarə edən genetik proqramların otuzillik tədqiqi sayəsində mükafatın qalibi olub.

Amerikalı riyaziyyatçı alimlər - Christopher Hacon (Yuta Universiteti) və James Mckernan (Kaliforniya Universiteti) isə birasional həndəsə sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.

Digər laureatlar hüceyrə tənzimlənməsi mexanizmlərinin öyrənilməsi, motor neyronları xəstəlikləri və xromosomların tədqiqi üzrə seçilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə