Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatları Rafael Cəbrayılov, Elman Nəsirov, Əflatun Amaşov və Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov çıxış edərək Ulu Öndərin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərdən danışıblar.

Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə qeyd olunur.

Tədbirdə Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışılıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxışında Ümummilli Liderin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirdə Əməkdar Artist Nuriyə Hüseynova "Küçələrə su səpmişəm" mahnısını ifa edib. Sonra Kino Xidməti İdarəsi tərəfindən hazırlanan, ssenari müəllifı və rejissoru G.Nəriman olan “Xalqa bağışlanan ömür” adlı sənədli fılm nümayiş olunub.

loading...