Avropa Şurasının rəsmi veb-saytı Azərbaycanda korrupsiyaya qarşı mübarizədən yazır

Avropa Şurasının rəsmi veb-saytında cari ilin oktyabrında Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı keçirilmiş tədbirlər barədə icmal məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, bunlar sırasında yerli və beynəlxalq tədbirlər, habelə sahibkarlıq sahəsində qanunvericiliyə son dəyişikliklər qeyd edilib.

Cari il oktyabrın 25-27-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin növbəti səkkizinci görüşünün keçirilməsi barədə ətraflı məlumat verilib. Tədbirdə korrupsiya cinayətlərinin istintaqı, o cümlədən cinayət nəticəsində əldə olunmuş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi kimi məsələlərin müzakirə edildiyi və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təşkil olunduğu icmalda qeyd edilib.

Bundan başqa, icmalda cari il oktyabrın 9-11-də Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının (İAP), Avropa Şurasının və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilatçılığı ilə kibercinayətkarlıq mövzusunda regional konfransın keçirilməsi əksini tapıb. Tədbirin açılışında salamlama nitqi ilə çıxış edən baş prokurorun müavini- Baş İdarənin rəisi Kamran Əliyev tərəfindən ölkəmizdə bütün növ cinayətlərə, o cümlədən cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, korrupsiya və kibercinayətkarlığa qarşı mübarizədə ciddi səylərin olduğunun qeyd edilməsi icmalda xüsusilə vurğulanıb.

İcmalda cari il oktyabrın 9-da və 10-da Gəncədə “Dövlət qulluğunda etika” və “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə” mövzularında iki pilot təlim tədbirinin keçirilməsi də əksini tapıb. Avropa Şurası ilə birgə keçirilən “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilmiş tədbirlərin, dövlət qulluğunda korrupsiyanın qarşısının alınması və etik dəyərlərin təbliğ etməsi üçün faydalı alət olmaqla Azərbaycan Hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda dürüstlüyün təmin edilməsi istiqamətində görülən tədbirlərin tərkib hissəsinin olduğu diqqətə çatdırılıb.

Bundan əlavə, icmalda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 oktyabr tarixli Qanuna əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılması barədə məlumat verilib. Avropa Şurasının rəsmi veb-saytındakı icmal məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB