Madər Musayev “Şərəf” ordeni ilə təltif edilib SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Madər Ələsgər oğlu Musayev “Şərəf” ordeni ilə təltif edilib.

Qısa arayış: Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 5 dəfə təkrar seçilən yeganə millət vəkili Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir. Rus dilini bilir.

Evlidir, 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə