Heydər Əliyev Sarayında fiziki qüsurlu insanların konserti keçiriləcək

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert keçiriləcək. Trend-in məlumatına görə, 3 dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçiriləcək konsertdə məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir.

Konsertdə Daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin əlilləri, 1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin əlilləri çıxış edəcəklər.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşaiyət edəcək. Saat 16:00-da başlayacaq konsertə giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə