Azərbaycanda yaşayış minimumu 11 faiz artırılır

Milli Məclisdə "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunur. SİA-nın xəbərinə görə, qanun layihələri haqqında məlumat verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Onun sözlərinə görə, bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsi nəzərdə tutulub.

"Gələn il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11% çoxdur. Göründüyü kimi, ölkənin imkanları artdıqca, ölkədə yaşayış minimumu artırılır” - deyə, Z.Səmədzadə vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə