Orta aylıq əmək haqqı 550 manata çatacaq

"Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün büdcəsinin tərtib edilməsində cari ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, 2016-cı il və 2017-ci ilin ötən dövrü üzrə Fondun büdcəsinin icrası nəticələri, 2017-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, eləcə də cari ilin 1 iyul tarixindən pensiya təyinatı şərtlərində aparılmış kompleks islahat tədbirlərinin təsirləri nəzərə alınmaqla sığorta-pensiya sistemi parametrlərinin dəyişməsi əsas götürülüb”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında əhalinin nominal gəlirləri 8 faiz artaraq 36,2 mlrd. manata, adambaşına düşən gəlirlər 6,9 faiz artaraq 3728 manata çatıb. “İnflyasiya 13,9 faiz səviyyəsində olub. Yanvar-avqust aylarında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 7,4 faiz artaraq 524,7 manat təşkil edib. 1 oktyabr 2017-ci il tarixinə muzdla işləyənlərin orta sayı 1 milyon 526 min nəfər, iqtisadiyyatda sərbəst məşğul olanların sayı isə 3 milyon 295 min nəfər olub”.

Nazir müavini qeyd edib ki, 2017-ci ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə Fondun büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz və ya 120 mln. manat artaraq 1,5 mlrd. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar proqnozu 105,2 faiz icra olunmaqla 978 mln. manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 faiz və ya 105,4 mln. manat çoxdur. Hesabat dövründə daxilolmaların səviyyəsi Fondun xərclərinin 97,8 faizini təşkil edən pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə şərait yaradıb. Cari ilin yanvar-sentyabr aylarında Fondun əmək pensiyaları üzrə xərcləri 2,46 mlrd. manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 196 mln. manat və ya 8,7 fazi artıb.

Nazir müavini aparılan aktuar hesablamalara əsasən, 2018-ci ildə demoqrafik inkişaf trendləri, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəricilər, eləcə də pensiya qanunvericiliyindəki son dəyişikliklər nəzərə alınmaqla sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişikliklər barədə də məlumat verib. Onun sözlərinə görə, 2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı gözlənilir: “Doğulanda gözlənilən ömür uzunluğunun 75,9 yaş (qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş) olacağı; 15-64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi gözlənilir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər və ya məşğul əhalinin 32 faizi qədər olacağı proqnozlaşdırılır. Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq 550 manata çatacaq”.

İ.İsayev əlavə edib ki, 2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 315 min nəfər olacağını göstər

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə