Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi Elmi tərcümə şöbəsində tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə elan edir. AMEA-dan SİA-ya verilən xəbərə görə, müsabiqədə ingilis, rus, alman və fransız dillərində tərcüməçilik təcrübəsi olan ali təhsilli mütəxəssislər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər 10 gün müddətində aşağıdakı sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Bakı şəh., İstiqlaliyyət küç., 30) təqdim etməlidirlər:

- tərcümeyi-hal (CV);
- ali təhsil haqqında diplomun surəti;
- elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa);
- şəxsiyyət vəsiqəsinin surəti.

Əlavə məlumat almaq üçün Elm və Təhsil İdarəsinə müraciət edə bilərsiniz.

Əlaqə telefonu: 012-492-65-31;
E-mail: eti@science.az

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə