Tanınmış jurnalist Natiq Qədimov vəfat edib. SİA-nın verdiyi məlumata görə, 41 yaşlı jurnalistin infarktdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Natiq Qədimov ANS telekanalında və digər mətbu orqanlarda çalışıb. Son iş yeri isə APA TV olub.

SƏS Media Qrup adından bu itkidən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə bağsağlığı veririk.

Allah rəhmət eləsin!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə