Alimlər üçün tikiləcək evlərdən necə mənzil almaq olar? TƏLƏBLƏR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb. Akademiyadan SİA-ya verilən xəbərə görə, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək.
Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olması nəzərdə tutulur.
Mənzil almaq üçün bir necə ödəniş qaydası təklif edilir.
Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.
Digər təkliflər mənzilin dəyərinin 20%-inin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək nəzərdə tutulur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə