Azərbaycan Parisdə keçirilən Milipol sərgisində təmsil olunub

Parisdə dövlətlərin daxili təhlükəsizliyinə dair 20-ci Milipol beynəlxalq sərgisi keçirilir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini İlham Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgidə iştirak edib.

Fransa Daxili İşlər Nazirliyinin himayəsi altında keçirilən Milipol sərgisində ictimai və sənaye təhlükəsizliyi təchizatı və xidməti üçün texnologiyalar nümayiş olunur.

Noyabrın 24-dək davam edəcək sərgi böhranın idarə edilməsi, kibertəhlükəsizlik, dron və antidron, fərdi təchizat/ilk müdaxiləçilərin müdafiəsi, ağıllı şəhərlərin təhlükəsizliyi kimi mövzuları əhatə edir.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə