İcra başçısı üçəm qızlar dünyaya gətirən ana ilə görüşüb FOTOLAR

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov üçəm qızlar dünyaya gətirən ana ilə görüşüb. Kəlbəcər rayonundan olan məcburi köçkün, 1993-cü ildən bəri Mingəçevir şəhərində məskunlaşan 1987-ci il təvəllüdlü Fəxriyyə Mamedova şəhər Mərkəzi Xəstəxanasının doğum evində 3 qız dünyaya gətirib.

Noyabrın 22-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov xəstəxanaya gedərək ana ilə görüşüb, uşaqlara baş çəkib. O, gənc ananı, ailə üzvlərini təbrik edib, onlara xoşbəxtlik arzulayıb.

Bildirilib ki, anaya və uşaqlara qulluq etmək üçün tibb bacıları ayrılıb.

Niyazi Bayramov ailəyə hədiyyələr təqdim edib.

Üçəmlərin nənəsi Şövkət Mamedova Prezident İlham Əliyevə və onun ailə üzvlərinə olan sonsuz sevgisini yeni doğulan nəvələrinə qoyduğu Mehriban, Leyla və Arzu adları ilə ifadə edib. “Sevincimin həddi-hüdudu yoxdur. Artıq 4 qız nənəsiyəm. Allahdan bircə arzum odur ki, bu uşaqları sağ-salamat böyüdə bilək”, - deyə Şövkət Mamedova bildirib.

Qeyd edək ki, uşaqların və ananın vəziyyəti həkimlərin nəzarəti altındadır. Onlar özlərini normal hiss edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə