XX əsrin birinci yarısına aid kəşkül tapılıb

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunun kolleksiyası davamlı olaraq zənginləşir. SİA-nın xəbərinə görə, bu yaxınlarda muzey tərəfindən yeni etnoqrafik material - kəşkül əldə edilib.

XX əsrin birinci yarısına aid bu kəşkül Təbriz şəhərində xalq sənətkarları tərəfindən əl ilə hazırlanıb. Çini kəşkül rəngli mina və şirə ilə örtülüb.

Qeyd edək ki, Azərbaycanın mədəni irs nümunələri içərisində kəşkül mühüm sufi atributlarından biri sayılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə