Azərbaycan Prezidenti livanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab Prezident,

Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə