“SƏS”çilər YAP-ın yaranmasının 25-ci ildönümünü qeyd etdilər

Bu gün “SƏS” Media Qrupun baş direktoru Bəhruz Quliyev kollektivi Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi münasibəti ilə təbrik edib. SİA-nın verdiyi məlumata görə, Bəhruz Quliyev təbrik çıxışında qeyd edib ki, Yeni Azərbaycan Partiyası artıq 25 ildir ki, dövlətçiliyimizin və xalqımızın xidmətindədir: "Belə ki, müstəqil Azərbaycanın inkişaf və tərəqqisində əvəzsiz yeri və rolu olan YAP Ulu Öndər Heydər Əliyev ideologiyasına əsaslanaraq xalq-dövlət vəhdətində formalaşmış ümumxalq siyasi təşkilatıdır. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının Lideri olaraq, qətiyyətli, müdrik və mütərəqqi siyasətini yürütməklə Azərbaycanın adını və nüfuzunu bütün dünyada yüksəklərə qaldırır”.

Media Qrupun rəhbəri həmçinin bildirib ki, bu partiyaya xidmət edən hər bir kəs Vətənimizin, dövlətimizin inkişafına öz töhfəsini verməkdədir.

Sonra Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə tort kəsildi, kollektivlə xatirə fotosu çəkildi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə