Azərbaycan İstanbulda keçirilən Asiya Parlament Assambleyasının plenar sessiyasında təmsil olunur

İstanbulda Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyi ilə Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyası işə başlayıb.

SİA-nın məlumatına görə, 31 ölkədən nümayəndə heyətinin iştirakı ilə keçirilən sessiyada Azərbaycanı Milli Məclisin deputatları Sevinc Fətəliyeva və İlham Məmmədov təmsil edilər.

Noyabrın 21-də Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib. Əvvəlcə təşkilati məsələlərə baxılıb. Təşkilata sədrlik Kambocadan 2 il müddətinə Türkiyəyə keçib.

Bundan başqa, 3 gün nəzərdə tutulan sessiyada qurumun İcraedici Şurasının, siyasi işlər, iqtisadiyyat və davamlı inkişaf, sosial və mədəni işlər, heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları təşkil olunacaq.

Deputatlarımız toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə