2018-ci ildə güclü zəlzələlərin sayı artacaq

Yerin öz oxları ətrafında sürətli fırlanması nəticəsində 2018-ci ildə güclü zəlzələlərin sayı arta bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Montana və Kolorado Universitetinin mütəxəssisləri hesabat hazırlayaraq Amerika Geoloji Cəmiyyətinin iclasında təqdim ediblər.

"Yerin fırlanma sürəti ilə seysmik fəaliyyəti arasında güclü bir əlaqə var. Bu ehtimal gələn il güclü zəlzələlərin sayının daha çox olacağını düşünməyə imkan verir" - deyə, hesabatda qeyd olunub.

Qeyd edək ki, alimlər 1900-cü ildən bəri 7 və daha çox zəlzələlər barədə məlumatları təhlil ediblər. Onlar 15 il müddətində hər il güclü zəlzələlərin sayının orta hesabla 25-30 arasında artacağını müəyyənləşdiriblər.

Araşdırmalara görə, 2017-ci ilin əvvəlindən etibarən altı güclü zəlzələ müşahidə olunubsa, 2018-ci ildə onların sayı 20 və ya daha çox ola bilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə