SƏS TV “Gənclərin Dostu” mükafatına layiq görülüb

Bu gün Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il millət vəkilləri, dövlət rəsmiləri, musiqiçilər, media rəhbərləri və bəzi şirkətlər layiq görülüb.

Mərasimdə çıxış edən təşkilat komitəsinin kordinatoru Anar Sarıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.

Mükafata layiq görülən Azərbaycan Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov vurğulayıb ki, bugünkü gənclər Ulu Öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə çox xoşbəxtdirlər.

Millət vəkili Qənirə Paşayeva da bu mükafata layiq görüldüyündən şad olduğunu qeyd edərək Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə