Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərbi təlimə Xəzər donanmasının 20 gəmi və kateri, o cümlədən "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" "Velikiy Ustyuq", "Volqodonsk", "Mahaçqala" və "Astraxan" kiçik raket və artilleriya gəmiləri qatılıb. Təlimdə məqsəd "düşmən"in hava hücumunu dəf etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə