Ər arvadını “ASAN Xidmət” Mərkəzində döydü

Boşanmaq istəyən qadını əri döydü

Gəncədə döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü şəhər sakini Nuran Məmmədova əri tərəfindən döyülüb. Yaralı müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım (TTYX) yerləşdirilib, vəziyyətinin orta ağır olduğu deyilir.

İlkin məlumatlara görə hadisə Gəncə “ASAN Xidmət” Mərkəzində baş verib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə