Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. ETSN-dən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir.

Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Nailə Məhərrəmova
loading...