Dünyada 3 milyon "vətəndaşlığı olmayan" şəxs var

Dünyada 3 milyondan çox insanın yurdsuz-yuvasız, qaçqın olduğu açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu rəqəm BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən hazırlanan hesabatında yer alıb.

Hesabata əsasən, dünyada "vətəndaşlığı olmayan" insanların əksəriyyəti Myanmada yaşayan müsəlman Rohingyalardır.

Ötən ilin avqust ayından indiyədək 600 min Rohingyalı onlara qarşı göstərilən təzyiq nəticəsində Banqladeşə sığınıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı dünyanın bütün dövlətlərini 2024-cü ilədək vətəndaşlığı olmayanlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb. Komissarlıq hesabatda hökumətləri, ölkələrində doğulan insanlara vətəndaşlıq verməyə və onlara doğulduqları yerdə yaşayış imkanlarının yaradılmasına çağırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə