Cari ildə Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb

Bu il yavarın 1-dən indiyədək olan dövr ərzində Azərbaycan və ona bitişik ərazilərdə 5051 təkan qeydə alınıb. SİA-nın məlumatına görə, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli əlavə edib ki, bu il ərzində təkcə Azərbaycan ərazisində 3107 yeraltı təkan baş verib.

Onun sözlərinə görə, bu il ərzində baş verən zəlzələlərin 22-si hiss edilən olub.

Q.Yetirmişli qeyd edib ki, 2017-ci il ərzində Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi seysmik baxımından aktiv olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə