Misir Mərdanovun yeni kitabı nəşr olundu

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında “Müəllimim Qoşqar Əhmədov” adlı kitabı çap olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutundan SİA-ya verilən məlumata görə, kitab 264 səhifədən ibarətdir.

Kitab görkəmli alim, bacarıqlı elm təşkilatçısı, təvazökar və humanist insan, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədovun həyat və elmi yaradıcılığına həsr olunub. Çox saylı arxiv materiallarına əsasən tərtib olunmuş kitabda qısa, lakin mənalı ömür yaşamış müdrik müəllimin hər kəsə nümunə olacaq həyat yolu haqqında geniş məlumat verilib.

Kitabdan elm və təhsil tarixi, xüsusən Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin və ölkəmizdə riyaziyyatın tarixi ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə