Azərbaycanda güclü zəlzələ gözlənilir? RƏSMİ

Bu ilin əvvəlindən indiyədək olan dövr ərzində Azərbaycanda seysmoloji durum fon səviyyəsində olub. SİA-nın məlumatına görə, bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu, baş verən təkanların hamısının zəif hiss olunması deməkdir:

“Yəni 3 bal, 3 baldan bir az artıq hiss edilən təkanlar olub ki, biz də onları fon səviyyəsi kimi qəbul edirik. Bu gün elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə baş versin, güclü dağıdıcı zəlzələ gözlənilsin. İndiyədək aparılan tədqiqatlar da bunu göstərir. Əminliklə deyə bilərəm ki, yaxın günlərdə də elə bir güclü təkan gözlənilmir ki, onun nəticəsində böyük çatlar yaransın".

loading...