Nazir 27 oktyabrda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 27 oktyabr 2017-ci il tarixində, saat 11:00 da Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə