“Excelsior Hotel & Spa Baku” oteli nəqliyyat xidməti də göstərir

"Excelsior Hotel & Spa Baku" otelində keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus nəqliyyat xidməti göstərir. "Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08:30-dan 22:00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08:30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel & Spa Baku" otelinin qarşısından qonaqları bulvara və ilk turu səhər 09:00-dan başlayaraq hər saatda bulvarın qarşısından "Excelsior Hotel & Spa Baku" otelinə aparır. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. "Excelsior Hotel & Spa Baku" otelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel & Spa Baku" oteli 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" delüks, 9 "Duke" standard otaq, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə