"Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilir

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilir. SİA-nın xəbərinə görə, Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirə edilib. Qanun layihəsi haqqında Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunur.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Müzakirəlrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova
loading...