2014-cü ilin sonlarından dünya bazarında qara qızılın qiymətinin kəskin ucuzlaşması ilə bağlı yaranan yeni çağırışlar Azərbaycanda da iqtisadi inkişaf istiqamətində müəyyən addımların atılmasını zəruri edib. Bu mənada, ölkədə əsas diqqət qeyri-neft sektorunun inkişafını təmin etməklə iqtisadi artım dinamikasının yüksəlməsinə, eyni zamanda yeni iqtisadi islahatlarla mövcud potensialın dəstəklənməsinə yönəlib. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Bakıda Şopinq Festivalların keçirilməsidir. Təsadüfi deyil ki, prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 1 sentyabr 2016-cı il tarixli sərəncamında da Bakı Şopinq Festivalına xüsusi yer ayrılıb.
SİA-nın verdiyi məlumata görə, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Şopinq Festivalının birincisi bu ilin aprel-may aylarında baş tutub, nəticə isə kifayət qədər uğurlu olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, festivalın keçirilməsindən dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub. Bundan başqa, təkcə aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib. Bu rəqəm 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. May ayının ilk 10 günündə isə ölkəyə 70,776 turist səfər edib və bu, 15 hədəf ölkə üzrə ötən ilin analoji dövrü ilə müqayisədə 32% artım deməkdir.
İlk festivalın bütün üstünlükləri və müəyyən çatışmazlıqlar bütövlükdə nəzərdən keçirilib və ikinci Şopinq Festivalının həm ölkəyə gətirəcəyi gəlir, həm də turist sayının çoxluğu baxımından bir sıra işlər görülüb. Bu dəfəki festival öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək.
AZAL və Azərbaycan Konqreslər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycana ucuz tur paketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində 10 şəhərdən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur paketlər təklif edilir. Bu tur paketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.
Turların təklif etdiyi uçuş istiqamətləri və otellər haqqında aşağıdakı cədvəldə ətraflı məlumat ala bilərsiniz.
Daha ətraflı +99455 253 63 45 nömrəsi ilə əlaqə saxlaya və ya info@azcb.com e-mail ünvanına yaza bilərsiniz. Qeyd edilən turlara sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turlar "Silkway Travel" şirkətinin platforması üzərindən çalışan turizm şirkətləri vasitəsilə satışa təqdim edilib.
Qeyd edək ki, ikinci Şopinq Festival oktyabrın 15-dən start götürüb. Noyabrın 15-dək davam edəcək festivalda yerli və bir sıra xarici ölkələrin ticarət markaları təmsil olunacaq. 500-dən çox müəssisənin iştirak etdiyi bu festival çərçivəsində alıcılara xüsusi endirimlər təqdim olunacaq. Dünya təcrübəsində ilk dəfə olaraq yalnız Azərbaycanda festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da "Tax Free" sistemindən yararlana biləcəklər. Belə ki, bir ay ərzində üzərində "Baku Shopping Festival - Tax Free" stikeri olan mağazalardan 100 manatdan çox alış-veriş edən Azərbaycan vətəndaşları aldıqları malların əlavə dəyər verigisinin (ƏDV) bir qismini əldə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan və Ermənistan sülhə yaxındır - HİKMƏT HACIYEV
Siyasət 16:20Güclü külək əsəcək, çaylardan sel keçəcək
Hadisə 16:17Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb
Hadisə 16:07Ələsgər Məmmədli ev dustaqlığına buraxılmayıb
Hadisə 16:0612 marşrut xətti üzrə 181 avtobus
Sosial 16:04Paytaxtın mərkəzində qəza olub, sıxlıq yaranıb
Hadisə 16:02Hərbi qulluqçuların vəzifələri artırılır
Siyasət 16:02Bakıda və Abşeronda havada toz müşahidə olunur
Hadisə 15:53”Tale yazısı, dost dünyası”
Ədəbiyyat 15:52Qüsurlu reytinq, yoxsa ictimai maraq? - ARAŞDIRMA
Sosial 15:33Naxçıvan Ali Məclisinə yeni hüquq verilir
Siyasət 15:01Salyan sakinindən 2,5 kq heroin götürüldü
Hadisə 14:59Tarixi yaddaşımızdan silinməyən soyqırım
Siyasət 14:45İnsanlığın faciəsi - ŞƏRH
Siyasət 14:43Cəmi 3 jurnalist ipoteka krediti alıb - DEPUTAT
Sosial 14:32Problemli kreditlərin məbləği 23 % azalıb
İqtisadiyyat 14:25Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
Hadisə 14:04Milli Məclisin növbəti iclası aprelin 5-də keçiriləcək
Siyasət 14:00Azərbaycanda ipotekaya xitam verilən hallar genişlənir
İqtisadiyyat 13:59Şəhid ailələri ilə bağlı bu məhdudiyyət ləğv edilməlidir
Siyasət 13:38Fransa, Sevinc və Qənimət sövdələşməsi - KÜNCDƏN BAXIŞ
Siyasət 13:38Şəhid övladları üçün özəl məktəblərdə pulsuz təhsil
Təhsil 13:36Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Siyasət 13:34Onların maaşları artırılır
Siyasət 13:33Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
Hadisə 13:33Onlar 5 il daha tez pensiyaya çıxa biləcəklər
Sosial 13:31Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək - SİYAHI
Siyasət 13:31Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Siyasət 13:29Xatirə Fərəcliyə AYB-də rəhbər vəzifə verildi
Mədəniyyət 13:28Bu qadınlar pensiyaya tez çıxa biləcək
Sosial 13:27AKF-nin İdarə Heyətinin iclası keçirilib
İdman 13:13Tovuzda qanunsuz tikili sökülüb - VİDEO
Hadisə 12:42Sabah Bakıda 18, rayonlarda 25 dərəcə isti olacaq
Hadisə 12:41Qızıl və gümüşün bahalaşması davam edir
İqtisadiyyat 12:39Təkrar emal bizə nə qazandıra bilər?
İqtisadiyyat 12:37Hərbi hissədə komanda-qərargah təlimi - FOTO
Siyasət 12:33Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
İqtisadiyyat 12:28İctimai-iaşə obyektlərinə xəbərdarlıq
Hadisə 12:25AMB iqlim maliyyəsi üzrə standartlar hazırlayır
İqtisadiyyat 12:23Putin Rusiyanın mümkün süqutundan danışıb...
Dünya 12:09Yunanıstanda güclü zəlzələ baş verib
Dünya 11:46"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib
Sosial 11:32AFFA İntizam Komitəsinin qərarı ləğv edilib
İdman 11:06Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
İqtisadiyyat 11:03Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:02Azərbaycanda gələn ay 163 dövlət əmlakı hərraca çıxarılacaq
İqtisadiyyat 11:02Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8320 -0,43%
- GBP 2,1459 -0,06%
- RUB 0,0184 -0,54%