Bakıda doqquz ayda 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib

Cari ilin 9 ayı ərzində paytaxtda qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Bu fikirlər Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində səsləndirilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə 13 min 926 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 5567 şəxs qeydiyyata alınıb.

Bildirilib ki, qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 52 min 797 ərizə və müraciət daxil olub, 1447 vətəndaş qəbul edilib. Müraciətlərin 3971-i nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə