“Fitnes Etikası” adlı seminar keçiriləcək

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 20 oktyabr, 2017-ci il tarixində saat 15:00-da Etika Akademiyasında “Fitnes Etikası” adlı seminar keçirəcək.

SİA-nın verdiyi məlumata görə, seminarın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyatın təşviqi, sağlam qidalanmanın təşviqi, bədən tərbiyəsinin psixoloji tərəflərinin aşılanmasına dəstək olmaqdır. Seminarı Azərbaycan İdman Jurnalistləri Assosiyasının üzvü, fitness üzrə ekspert Əkbər Kərim aparacaq. Seminar ödənişsizdir. Seminarda iştirak etmək istəyənlər agat.ngo@gmail.com ünvanına təsdiq məktubu göndərə bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə