Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) birgə təşkilatçılığı ilə Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində 20 oktyabr Energetiklər Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib. Fonddan SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetinin müəllim və tələbələri, Qobustan rayon ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzin açılışında iştirakını əks etdirən "Prezident İlham Əliyev Azərbaycanda alternativ enerji mənbələrindən istifadə strategiyasının banisidir" sənədli filmi təqdim edilib.
Dövlət Agentliyinin Enerjinin istehsalı şöbəsinin müdiri Fəzahir Süleymanovun "Müasir texnologiyalardan istifadənin Azərbaycan modeli: Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi" mövzusunda mühazirəsi dinlənilib. Mərkəzdəki dispetçer və idarəetmə məntəqəsində külək və günəş enerjisinin elektrik enerjisinə çevrilməsi prosesi əyani şəkildə şərh olunub. Qobustan rayonunun elektrik enerjisi ilə təminatında stansiyanın rolu faktlarla dinləyicilərə çatdırılıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Energetikanın problemləri" ETL-in müdiri, texnika elmləri namizədi, dosent Fuad Məmmədov, Azərbaycan Texniki Universitetinin "Elektrotexnika və energetika" fakültəsinin dekan müavini, texnika elmləri namizədi, dosent Sabir Bağırov ölkəmizin zəngin alternativ və bərpa olunan günəş, su, külək və digər ekoloji təmiz enerji mənbələrindən istifadənin əhəmiyyətindən danışıblar. Alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqinin enerji təhlükəsizliyinin yüksəldilməsində, təbii qaza qənaət olunmasında, atmosferə atılan zərərli tullantıların azalmasında, ekoloji tarazlığın təmin olunması ilə innovativ inkişafın sürətlənməsində və yeni iş yerlərinin yaranmasında mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. Belə səfərlərin elmlə təcrübənin, təhsillə istehsal müəssisələri arasında əməkdaşlığın möhkəmlənməsində, tələbələrin dünyagörüşünün zənginləşməsində mühüm əhəmiyyəti qeyd edilib.
Bilik Fondunun məsləhətçisi Elvin Hətəmov "İqtisadi maarifləndirmə" və "Ekoloji maarifləndirmə" proqramları çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, Dövlət Agentliyinin rəhbərliyinə səmərəli əməkdaşlığa görə təşəkkür edib, əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
"Dəyirmi masa"da tələbələrin çoxsaylı sualları cavablandırılıb, xatirə şəkilləri çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTOLAR
İqtisadiyyat 17:35“Azərreyl” üstünlüyü yenidən ələ alıb
İdman 17:23Haylar tərəfindən edilən NÖVBƏTİ OYUNBAZLIQ - TƏHLİL
Siyasət 17:07“Abşeron” hesabı bərabərləşdirib
İdman 16:59Sumqayıtda yaşayış binasında yanğın olub
Hadisə 16:50FHN Akademiyasında beynəlxalq seminar keçirilib - FOTO
Siyasət 16:49Yeni regional reallıq
Siyasət 16:08Dövlət büdcəsindən ehtiyat fondlara ayırmalar 91 % artıb
İqtisadiyyat 16:01U-17 millisi Belarusdakı turnirə qatılacaq
İdman 15:58“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
Texnologiya 15:52Məşhur reper öldürüldü
Dünya 15:47COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib
Siyasət 15:44Masallıda hesabat-seçki yığıncağı keçirilib
Sosial 15:39Ağdamda əmək yarmarkası keçiriləcək
Sosial 15:29Azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb
İqtisadiyyat 15:17Rusiyanın geosiyasi tərəfdaşı - Azərbaycan - ANALİTİK
Siyasət 14:53Günəş elektrik stansiyası üzrə ilk hərrac elanı
İqtisadiyyat 14:51COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək
Siyasət 14:47Bu şəxslər imtahan verəcək
Təhsil 14:33Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTOLAR
Sosial 14:21Siqaretlərlə bağlı yeni qaydalar QƏBUL EDİLDİ
Siyasət 14:06Bu sistemə son qoyaq - Deputatdan həyəcan təbili
Siyasət 14:01COP29-a görə vergi güzəştləri olacaq
COP29 13:59Azərbaycandan İrana gedənlər ÇOXALIB
Turizm 13:57Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
Siyasət 13:50"COP29 turizmin inkişafına töhfə verəcək" - DEPUTAT FİKİR BİLDİRDİ
İqtisadiyyat 13:40Dövlət orqanlarının təsnifatı genişləndirilir
Siyasət 13:17Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
Sosial 13:15İnzibati və yardımçı vəzifələrin təsnifatı DƏYİŞDİRİLİR
Siyasət 13:14Sabah rayonlara yağış yağacaq, dolu düşəcək
Hadisə 13:13Gənclərin həmrəyliyi: nədir, nə vəd edir?
Sosial 12:57COP29: Azərbayacana etimadın və dəyərin göstəricisi ŞƏRH
Siyasət 12:50Yevlaxda körpələr evində mənimsəmə faktı aşkarlanıb
Hadisə 12:45Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8109 -0,12%
- GBP 2,0991 -0,31%
- RUB 0,0182 0,00%