Qaradağ rayonundakı hərbi hissədə "Müstəqillik Günü” qeyd edilib FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının gənclər birliyi və rayon İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə “18 oktyabr – Dövlət Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, QRGİİ-nin rəisi Elçin Abbasov və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən hərbi hissənin komandiri və digər natiqlər əsgərlərə cansağlığı arzulayıblar və onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.

Sonra hərbi xidmətində fərqlənmiş bir qrup əsgər və zabit fəxri fərmanlarla təltif olunublar.

Çıxışlar başa çatdıqdan sonra “Laçın” instrumental ansamblınin incəsənət nümayəndələri rəngarəng bayram proqramını nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə