DMX-da 9 ayın yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dövlət Miqrasiya Xidmətində (DMX) 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib. DMX-dan SİA-ya verilən məlumata görə, DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.

Xidmət rəisi bildirib ki, bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və bu, ölkəmizin uğurlu inkişafının vacib elementidir.

F. Nəbiyev qeyd edib ki, Azərbaycanın iştirakı ilə beynəlxalq nəqliyyat dəhlizinin yaradılması işi də bu gün uğurla davam etdirilir: “Bu da ölkəmizə qeyri-neft sektorundan gələcəkdə daha çox mənfəət qazanmaq imkanı verəcək. Bundan əlavə Azərbaycan həm də turizm ölkəsi kimi kifayət qədər böyük potensialını qısa vaxtda təqdim edə bilib. Bütün bu layihələr ölkəyə gələn əcnəbilərin sayında və bununla əlaqədar xidmətin keyfiyyətində özünü göstərir”.

Bildirilib ki, 2017-ci ilin doqquz ayı ərzində Xidmətin Çağrı mərkəzinə 79614 zəng daxil olub.

Daha sonra struktur bölmə rəhbərlərinin məruzələri dinlənilib.

Müşavirəyə F. Nəbiyev yekun vurub. Xidmət rəisi deyib ki, “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX-nın müraciət edənlərin məmnunluğunun təmin edilməsi, dövlətimizin təhlükəsizliyi, daxili əmək bazarının qorunması, miqrasiya proseslərinin tənzimlənməsi kimi vəzifə və tapşırıqların bundan sonra da müvəffəqiyyətlə yerinə yetirməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışacaqlar.

loading...