Azərbaycan-İtaliya əlaqələrinin 25 ili

Oktyabrın 18-də İtaliya Senatının binasında - “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçiriləcək. SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Scenari İnternazionali” online jurnalına müsahibəsində bildirib.

Səfir tədbirin keçiriləcəyi günün - 18 oktyabrın Azərbaycan tarixində önəmli günlərdən olduğunu, 1991-ci il həmin tarixdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edildiyini deyib.

M.Əhmədzadə cari il ərzində Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini, bu tədbirlərin ölkələrimiz arasında münasibətlərdə əldə edilmiş nəticələrin geniş ictimaiyyətə təqdimatı üçün əhəmiyyətli olduğunu bildirib. Diplomat İtaliya Senatında təşkil olunacaq konfransda hər iki ölkədən hökumət və parlament rəsmilərinin iştirak edəcəyini və Azərbaycan-İtaliya strateji tərəfdaşlığının bütün aspektlərinin müzakirə olunacağını deyib.

M.Əhmədzadə, həmçinin Azərbaycan-İtaliya əməkdaşlığı, Azərbaycan-Avropa İttifaqı münasibətləri, ölkəmizdə davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar və onların nəticələri, təşkil olunan beynəlxalq səviyyəli tədbirlərlə bağlı sualları cavablandırıb.

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.scenari-internazionali.com/azerbaigian-ambasciatore-ahmadzada-nostre-risorse-energetiche-preziose-ue-altro-offrire/

loading...