Soçidə MDB İnformasiya Şurasının iclası keçirilib

Oktyabrın 16-da Rusiya Federasiyasının Soçi şəhərində MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) XXIII iclası keçirilib. Soçidə təşkil edilən Gənclərin və Tələbələrin XIX Ümumdünya Festivalına həsr olunan iclasdaAZƏRTAC (Azərbaycan), TASS (Rusiya), BELTA (Belarus), Kazinform (Qazaxıstan) və digər informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun da qatıldığı iclasda MDB İnformasiya Şurasının sədri, TASS agentliyinin baş direktoru Sergey Mixaylov çıxış edərək deyib ki, 2018-ci il MDB məkanında “Mədəniyyət ili” elan olunub. Bununla əlaqədar iştirakçı agentliklər Birlik ölkələrinin mədəni dəyərlərinə böyük diqqət ayıracaqlar.

İclasın iştirakçıları Şuranın 2017-ci ildə işinə yekun vurub, habelə 2018-ci ildə dövlət informasiya agentlikləri arasında qarşılıqlı əlaqələrin aktual məsələlərini müzakirə ediblər. Bundan başqa, tədbirdə müasir jurnalistikanın problemləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə